Azərbaycanın sığorta bazarının iştirakçılarından olan “İpək Yolu Sığorta” ASC-nin mənfəət vergisi üzrə xərclərində azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin iyulun 1-i vəziyyətinə şirkətin mənfəət vergisi ödənişləri 187 min 416 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 219 min 193 manat səviyyəsində olub.
Beləliklə, şirkətin mənfəət vergisi xərcləri illik müqayisədə 14,5% (31 min 777 manat) azalıb. Dominos pizza
Cəlalə
Telegram kanalımız