İqtisadi Şurada nələr müzakirə olundu?

saytların hazırlanması

Evə çatdırılma

İqtisadi Şurada nələr müzakirə olundu?

İqtisadiyyat

11 İyul 2025 18:45 328


Bu gün Nazirlər Kabinetində İqtisadi Şuranın iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, Şuranın sədri, baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.

Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!