İqtisadiyyat naziri Şimali Makedoniyaya işgüzar səfər edib

saytların hazırlanması

Evə çatdırılma

İqtisadiyyat naziri Şimali Makedoniyaya işgüzar səfər edib

İqtisadiyyat

22 İyul 2025 11:48 461


İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti  Şimali Makedoniyaya işgüzar səfər edib. 

Yenisabah.az xəbər verir ki, səfər çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycan nümayəndə heyətini qəbul edib. 

Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndiyini vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya ilə əməkdaşlığın sürətlə inkişaf etdiyini, iqtisadi-ticarət münasibətlərinin genişləndiyini bildirib. Qeyd edilib ki, tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Görüşdə ölkəmizin iqtisadi potensialı haqqında məlumat verilib, əlaqələrin prioritet istiqamətləri və iqtisadi işbirliyinin inkişaf perspektivləri diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!