İran aviaşirkətləri ilə bağlı gərgin açıqlama: ABŞ nə planlaşdırır?

saytların hazırlanması

Evə çatdırılma

İran aviaşirkətləri ilə bağlı gərgin açıqlama: ABŞ nə planlaşdırır?

Dünya

21 Sentyabr 2026 22:25 152


ABŞ administrasiyası İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən beynəlxalq reysləri həyata keçirməkdə ciddi çətinliklərlə üzləşəcəyini bildirir.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent telekanalın canlı yayımında deyib.

Bessentin sözlərinə görə, sentyabrın 23-dən etibarən xarici ölkələrdə İran aviaşirkətlərinə yanacaq, yerüstü xidmətlər və bilet satışı kimi xidmətlərin göstərilməsi ABŞ sanksiyaları ilə üzləşə bilər. Pepperoni pizza

"Sentyabrın 23-də dünyadakı bütün İran aviaşirkətləri fəaliyyətini dayandıracaq. Onlar yerə enərkən siz onlara yanacaq verə, yerüstü xidmət göstərə və ya bilet sata bilməyəcəksiniz. Əks halda, sizi dollar sistemindən kənarlaşdıracaqlar", - deyə Bessent bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektoruna dəstək verməkdə günahlandırılan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıda Gürcüstan istiqamətində reyslər həyata keçirən bəzi İran aviaşirkətləri də yer alıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!