İran Azərbaycandakı adamları kölgəyə çəkilib – Əmr haradan gəlib?

İran Azərbaycandakı adamları kölgəyə çəkilib – Əmr haradan gəlib?

Siyasət

31 Yanvar 2023 10:10 4345


Yanvarın 27-də Tehrandakı səfirliyimizə hücumdan sonra İran-Azərbaycan münasibətləri kəskin şəkildə pisləşdi. Rəsmi Tehranın diplomatik korpusumuza xain hücumu ailə-məişət problemləri ilə bağlamaq cəhdi iki ölkə arasındakı qarşıdurmanı daha dərinləşdirdi. Bakının prinsipial mövqe nümayiş etdirməsindən və İrandakı səfirliyimizin fəaliyyətinin dayandırmasından sonra qarşı tərəf böhtan xarakterli təbliğatını daha da gücləndirdi.

Yenisabah.az bildirir ki, hazırda İran mətbuatı Azərbaycan əleyhinə anti-kampaniya aparmaqla məşğuldur. Bu çirkin prosesdə İranın bütün media resursları aktiv şəkildə iştirak edir. Dövlət televiziyalarının və rəsmi agentliklərin öncüllük etdiyi "qara piar" kampaniyası Tehranın ABŞ-a qarşı apardığı kampaniyadan geri qalmır. 

Qeyd edək ki, ikinci tərəfin məsuliyyətsizliyi üzündən Azərbaycanla İran arasında qarşıdurma əvvəllər də olub. Maraqlıdır ki, həmin vaxt İran təkcə sərhədin o tərəfindən "atəş açmayıb". İranın Bakıdakı casus şəbəkəsi də anti-Azərbaycan kampaniyasına qoşulub, ölkəmizə ləkələməkdən çəkinməyib. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu şəbəkə daha çox sosial şəbəkələrdə "boy göstərib". Onlar sosial şəbəkələrdə fəallıq nümayiş etdirərək, Azərbaycanın ictimai rəyini çaşdırıb, İranın haqsız mövqeyinə haqlı don geyindirməyə çalışıblar. Bu şəbəkənin sistemli təbliğatı heç vaxt problemsiz ötüşməyib.

Maraqlıdır ki, İranın Azərbaycandakı casus şəbəkəsi əvvəlki dövrlə müqayisədə indi bir o qədər də fəal deyil. Əvvəllər İrandan ötrü "yaxasını cıran", hər cür haqsızlığa haqq qazandırmağa çalışan adamlar son günlər bir o qədər də gözə dəymirlər. Hətta onların çoxu qeybə çəkilib. Düzdür, bu gün də sosial şəbəkələrdə İranın maraqlarından çıxış edən adamlar var. Amma bu təşəbbüslər daha çox fərdi xarakter daşıyır. İran mollalarının təsirinə düşən həmin adamların daha çox özfəaliyyətlə məşğul olduğu güman edilir.

İranın xüsusi bacarıqları ilə sosial şəbəkə iştirakçılarına təsir edən adamları niyə gözə dəymir?

Ehtimal olunur ki, həmin şəxslər və qruplar İran hakimiyyətinin təlimatı ilə "kölgəyə" çəkilib. Rəsmi Tehran öz adamlarını ələ vermək istəmədiyi üçün onlara bir müddət sükut içərisində qalmağı tövsiyə edib. 

İranın Bakının qəzəbindən qorxduğu üçün bu addımı atdığı güman edilir. İran təhdidlərinə baxmayaraq Azərbaycan bu ölkənin əlaltılarını ifşa etməkdə israrlı görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!