"İran qoşunlarını Azərbaycanla sərhədə ona görə yığıb ki, Ermənistanın ya nəyisə imzalamalı olduğu, ya da Türkiyə-Azərbaycan tandeminin Sünikdə bir şey etmək istədiyinə dair ya müəyyən məlumatlara, ya da bir təhlilə sahibdir. Süunik, Ermənistan kimi, İran üçün də xarici sərhəd olduğuna görə bu xarici sərhədin hər hansı bir formada itirilməsi İran üçün ciddi bir problemdir".
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın "106.5 FM" radiosuna siyasi şərhçi Suren Sarkisyan bildirib.
O vurğulayıb ki, İranın əsas düşməni olan ABŞ, öz növbəsində, bütün strateji sənədlərində İranı təcrid etmək üçün xarici sərhədlərini azaltmanı da qeyd edir.
Suren Sarkisyan bildirib: "İran bunu bilir və başa düşür ki, Türkiyənin dəstəyi ilə və ya Türkiyənin əli ilə bu siyasətin həyata keçirilməsi mümkündür".
Siyasi şərhçinin təbirincə, indiki vəziyyətdə Ermənistanın hərəkətlərindən danışmaq çətindir, çünki Ermənistanın ümumiyyətlə, nə etdiyi bəlli deyil.
“Belə bir təəssürat yaranır ki, bölgədəki bütün proseslər Ermənistanın güzəştləri hesabına baş verir. Yəni Ermənistan bütün mənalarda - hərbi, diplomatik və iqtisadi mövqelərini itirir. Kommunikasiyaların açılmasından danışanda təsəvvür etmək çox çətindir ki, erməni sahibkarlardan kimsə öz mallarını Azərbaycan vasitəsilə Rusiyaya göndərəcək? Axı, bu, gürcü versiyasından daha uzun, daha bahalı və təbii olaraq daha təhlükəlidir. Yəni komunikasiyaları kim açır məsələsi də böyük bir sualdır. Sual budur: Ermənistan kommunikasiyaları blokadadan çıxarır, yoxsa Azərbaycana Naxçıvanla birbaşa əlaqəni təmin edən təqdim edirik? Bunun necə olacağı - yol və ya "dəhliz" - başqa müzakirə mövzusudur", - deyə Suren Sarkisyan fikrini tamamlayıb.
Telegram kanalımız