İran Hörmüz boğazında yeni dəhliz, minaların birgə təmizlənməsi və gələcək idarəçiliyi üçün plan təklif edib.
"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıb.
"İranın sülh və sabitliyə sadiqliyi qonşularımızla yürüdülən sarsılmaz diplomatiya ilə müşayiət olunur. Pakistanlı (Quru Qoşunları komandanı Asim Munir) və omanlı (xarici işlər naziri Bədr əl-Busaidi) qonaqlarla aparılan danışıqlarda regional həll yolları vurğulanıb", - paylaşımda bildirilib. pizza
Xatırladaq ki, Bədr əl-Busaidi Hörmüz boğazında müvəqqəti dəhliz və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün iranlı həmkarı ilə praktiki tədbirləri elan edəcəklərini vurğulayıb./Report
Telegram kanalımız