İran ilk dəfə hipersəs ballistik raketi hazırladı

saytların hazırlanması

Evə çatdırılma

İran ilk dəfə hipersəs ballistik raketi hazırladı

Dünya

10 Noyabr 2022 11:59 918


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - Silahlı Qüvvələrin elit bölmələri) komandiri Əmirəli Hacızadə cümə axşamı bildirib ki, İran ilk yerli hipersəs ballistik raketi hazırlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

"Bu yeni raket bütün raket əleyhinə müdafiə sınaq sistemlərindən keçəcək və mən düşünmürəm ki, onilliklər ərzində ona qarşı durmağa qadir texnologiyalar olacaq", - SEPAH komandiri bldirib. Toyuqlu pizza

Əmirəli Hacızadə vurğulayıb ki, hazırlanmış raket düşmənin raket əleyhinə sistemlərinin məhv edilməsi üçün həll yoludur. Onun sözlərinə görə, bu cür silahların hazırlanması raket istehsalında böyük sıçrayışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!