İran İsveçə yeni səfir göndərməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

İran İsveçə yeni səfir göndərməkdən imtina etdi

Dünya

02 İyul 2023 14:44 832


İran “Qurani-Kərim”in təhqir olunmasına görə İsveçə yeni səfir göndərməkdən imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "IRNA" Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, “Qurani-Kərim”in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək. Sezar pizza

Daha əvvəl IRNA İranın İsveçə yeni təyin olunmuş səfirinin yola düşməzdən əvvəl XİN başçısı ilə görüşdüyü barədə məlumat yaymışdı.

Yeni səfir Tbilisi və Brüsseldəki səfirliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, həmçinin İranın Tacikistandakı səfiri olub.

Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!