İranda neft hasilatı sutkada 3 milyon barrelə çatıb.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bunu ölkənin neft naziri Cavad Ouci deyib.
"Neft hasilatı sahəsində gündəlik 3 milyon barel neft əldə edə bilmişik. Bundan başqa, yüngül neft fraksiyalarının hasilatı sutkada 200 min barel artıb”, - deyə o əlavə edib. Dominos pizza
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) dekabr ayı hesabatına əsasən, neft hasilatına qoyulan məhdudiyyətlərdən azad olan İran noyabrda neft hasilatını sutkada 1000 barel azaldaraq, sutkada 2 milyon 559 min barelə çatdırıb.
Telegram kanalımız