26 May - 12:36
İran prezidentinin xanımı Mişel Obamanın yolunu gedəcək: “Kitab yazacam“

İran prezidentinin xanımı Mişel Obamanın yolunu gedəcək: “Kitab yazacam“

Dünya

21 Yan 2022 17:13


"Məndən Mişel Obamanın kitabına bənzər bir xatirə yazmağı tələb etdilər, ərim də bu fikri bəyəndi".

Yenisabah.az "Şəfəqna"ya istinadla xəbər verir ki, bunu İran prezidentinin xanımı Cəmilə Ələmol-Huda bildirib.

"Bir neçə gün əvvəl mənə ABŞ prezidentinin xanımına məxsus, İranda 37 dəfə tərcümə olunmuş və hər dəfə yüksək tirajla çap olunan kitab hədiyyə olundu. Mişelin kitabının adı “Amerikalı qızın yuxusu”dur. Məndən də belə bir kitab yazmağı xahiş etdilər. Kitabı oxudum, çox gözəl, cəlbedici və təsirli idi. Hətta onun bəzi hissələrini prezidentə göstərdim və o dedi ki, bu barədə mənim də kitab yazmağım düzgün olardı", - deyə Cəmilə Ələol-Huda qeyd edib.

 


Youtube kanalımız


Digər xəbərlər