İran gəmilər və hava yolları vasitəsilə Ukrayna müharibəsində istifadə üçün Rusiyaya yeni və təkmil PUA-lar göndərib.
Yenisabah.az “Guardian”a istinadla xəbər verir ki, bunu İran daxilindəki bir mənbə bildirib.
Onun sözlərinə görə, təchiz üçün dövlət sərnişin təyyarəsi ilə yanaşı, Xəzər dənizindəki gəmilərindən də istifadə olunub. pizza sifarişi
İddiaya görə, Rusiya hərbi zabit və mütəxəssislərinin ötən ilin noyabrında Tehrana xüsusi səfərindən sonra ən azı 18 PUA Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
10 nəfərlik Rusiya nümayəndə heyəti 200 km uçuş mənzilli və hər qanadının altında iki raket daşımaq qabiliyyətinə malik 6 “Mohajer-6” və 12 “Shahed-191” və “Shahed-129”un idarəetmə təlimlərində iştirak edib.
Telegram kanalımız