“İran İslam Respublikası son aylarda Qafqaz regionunda baş verənləri və xüsusən də, o cümlədən İrandan Ermənistana gedən İran avtomobillərindən pul toplanması ilə əlaqədar 12 sentyabrdan etibarən yaranmış vəziyyəti diqqətlə izləyir”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat ayayıb.
Gorus-Qafan yolunda yaranmış durumu səfirlik belə şərh edib. Marqarita pizza
“Dəfələrlə qeyd edildiyi kimi, İranın qonşuları ilə münasibətləri prioritetdir. Prezident İbrahim Rəisi hökuməti üçün qonşularla əlaqələr xarici siyasətin əsas istiqamətlərindən biridir. Nəticə etibarilə, Tehran bütün qonşu ölkələrlə əlaqələrini balanslaşdırılmış, lakin əsas prioritet əsasında genişləndirəcək.
İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və sabitlik üçün öz imkanlarından istifadə etməyə çalışır. O cümlədən dost Ermənistanla əlaqələrin inkişafı, yolda maneələrin və problemlərin aradan qaldırılması gündəlikdə durur.
İran qonşu ölkələrlə, o cümlədən Ermənistanla ticarətin sadələşdirilməsinin müxtəlif yollarını nəzərdən keçirəcək”, - deyə səfirliyin açıqlamasında qeyd olunur.
Telegram kanalımız