Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İran sərhədində bir tondan çox narkotik tutuldu
26 Sen 2021 08:27
656

İran sərhədində bir tondan çox narkotik tutuldu

İranın Dövlət Sərhəd Xidmətinin əsgərləri Sistan-Bəlucistan vilayətində 1 tondan çox narkotik vasitə tutublar.

“Yeni Sabah” xəbər verir ki, bu barədə general Əhmədəli Güdərzi mətbuata verdiyi açıqlamda bildirib. O vurğulayıb ki, vilayətin Sərvan bölgəsinin sərhəd alayı xidmət zamanı sərhədi qanunsuz keçməyə cəhd edən qaçaqmalçıları görüb və onları müşahidə ediblər. Qaçaqmalçılar sərhədi keçən zaman həbs olunublar. Onların yükünə baxış keçirilib və 1 ton 177 kiloqram 950 qram narkotik maddə aşkar edilib.

General nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və qaçaqmalçıların İrandakı əlaqələri müəyyənləşdirilir. Onun sözlərinə görə, ötən il ərzində sərhədçilər qaçaqmalçılardan 950 ton narkotik vasitə müsadirə ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər