ABŞ Prezidenti Donald Tramp süni intellekt ifadəsinin işlədilməsinə qarşı çıxaraq, bunun əvəzinə “super intellekt” terminindən istifadə edilməsini tələb edib. O, hətta bu ifadəni işlətməyən media qurumlarını və teleaparıcını tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, Tramp noyabrın 28-də “Truth Social” hesabında paylaşım edərək “Fox News” və “The Wall Street Journal” qəzetinin “süni intellekt” ifadəsindən istifadə etməsindən narazılığını bildirib. O, bu texnologiyanın “Super Intelligence” (SI) adlandırılmasının daha doğru olduğunu iddia edib.
Tramp “Fox News” teleaparıcısı Şennon Brimi də ayrıca hədəfə alıb. O bildirib ki, aparıcı verilişində süni intellekt ifadəsini dəfələrlə işlədib. ABŞ Prezidenti Briminə müraciətlə bu texnologiyanın “süni” deyil, “super” intellekt adlandırılmalı olduğunu izah etməyi xahiş edib. Online alış-veriş
“Zəhmət olmasa, kimsə ona başa salsın ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir. Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti daha əvvəl də bu məsələyə münasibət bildirib. O, sentyabr ayında “süni intellekt” termininin “super intellekt” ifadəsi ilə əvəzlənməsi təşəbbüsünü irəli sürüb. Oktyabrda isə federal hökumətin rəsmi sənədlərində və kommunikasiya vasitələrində “Artificial Intelligence” (AI) əvəzinə “Super Intelligence” (SI) ifadəsinin işlədilməsini nəzərdə tutan sərəncam imzalayıb.
“Mediaite” və “The Daily Beast” nəşrlərinin məlumatına görə, Trampın son paylaşımı həm də SEC sədrinin media qurumlarında bu terminin istifadəsini məcburi edəcəyi ilə bağlı iddiası ilə diqqət çəkib. Bununla belə, SEC-in televiziya yayımına və media məzmununa nəzarət səlahiyyətləri məhduddur. Bu sahəyə əsasən Federal Rabitə Komissiyası (FCC) nəzarət edir.
Telegram kanalımız