İran Trampı TƏKZİB ETDİ: “ABŞ-la danışıqlar planımız yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

İran Trampı TƏKZİB ETDİ: “ABŞ-la danışıqlar planımız yoxdur”

Dünya

28 Sentyabr 2026 16:43 72


İran ABŞ Prezidenti Donald Trampın açıqlamasını təkzib edərək Vaşinqtonla yeni danışıqların planlaşdırılmadığını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, İranın rəsmi IRNA agentliyi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedən İran nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda ABŞ-da olan İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlcədən planlaşdırılan görüşlərini başa vurduqdan sonra çərşənbə axşamı İrana qayıdacaq. Məlumata görə, hazırda ABŞ-la hər hansı danışıqlar aparılması planlaşdırılmır. Dominos pizza

Həmçinin qeyd olunub ki, İranın Qətərin vasitəçiliyi ilə ABŞ-a çatdırdığı şərtlərə Vaşinqtonun cavabı hələ daxil olmayıb. Tehran həmin cavabı gözləyir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü şərtləri rədd etdiyini bildirdikdən sonra bu həftə İranla yeni danışıqlar raundunun keçiriləcəyini gözlədiyini açıqlamışdı.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!