“İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi

saytların hazırlanması

Evə çatdırılma

“İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi

Dünya

12 İyun 2026 19:43 108


İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - İran diplomatiyasının rəhbəri qeyd edib. pizza hut

Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.

"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq", - nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!