"Xarici İşlər Nazirliyində diplomatların dəyişdirilməsinin öz qaydaları var".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İslam Respublikası XİN-in sözçüsü Naser Kənani deyib.
O, Azərbaycan Respublikasına yeni səfirin təyin olunması ilə bağlı suala birmənalı cavabdan yayınıb: "Yeni bir şey olacaq". Marqarita pizza
N. Kənani bildirib: “Qafqazdakı proseslərlə bağlı İranın yeni mövqeyi yoxdur və regionda sərhədlərin dəyişməzliyinə dair mövqeyi bir daha vurğulayıram. Bölgədə mühüm məsələlərin bu çərçivədə həll edilməli olduğunu bildiririk. Həm də siyasi yanaşmalarla və köməkçi hərbi gərginliklər olmadan".
Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanla əlaqələr barədə vurğulayıb: "Regional qonşu kimi Azərbaycanla münasibətlər bizim üçün vacibdir və vurğulayırıq ki, ümumi maraqlara diqqət yetirməli, dövlətlər arasında fikir ayrılığı və gərginlik yaratmaq istəyənlərin sui-istifadəsinə yol verməməliyik. Biz həmişə siyasi çərçivələrə və dialoqa əl atmağın, kürsülər arxasında mübahisəli məsələlərdən qaçmağın zəruriliyini vurğulamışıq. İki qardaş və müsəlman ölkə arasında münasibətlərin mehriban qonşuluğa əsaslanmasını istəməyən düşmənləri var. Yaranan gərginliyə baxmayaraq, anlaşılmazlıqları ikitərəfli dialoqla həll etməyə çalışdıq".
O əlavə edib: "Azərbaycanda şahidi olduğumuz son hadisələr, təəssüf ki, tələsik qərarlardır. Amma diplomatik təşəbbüslə İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı aparılıb, söhbət müsbət və konstruktiv olub. Dialoqun davam etdirilməsi və problemlərin həlli üçün siyasi iradə lazımdır.
Bu müzakirələrin nəticələrini müsbət qiymətləndiririk. Azərbaycan tərəfinin koordinasiyası ilə mövcud məkanı idarə etmək, münasibətləri düzgün axara yönəltmək, bədxahların cəhdlərinin qarşısını almaq üçün növbəti addımları atmağa çalışırıq".
Telegram kanalımız