"İslam Respublikası heç bir tərəfə müharibədə istifadə üçün heç bir hərbi texnika vermir".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində İranla bağlı səsləndirdiyi ittihamları və nalayiq bəyanatları pisləyib. pizza mizza
Nasir Kənani rəsmi Tehranın Ukraynada PUA-ların istifadəsinə dair əsassız ittihamlarına dəfələrlə cavab verdiyini xatırladıb:
Kənani bildirib: "Biz Ukrayna da daxil olmaqla, ölkələrin ərazi bütövlüyünə həmişə hörmətlə yanaşmışıq və cənab Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji səbri sonsuz olmayacaq. Cənab Zelenski Amerikanın dəstəyindən məmnun olan bəzi ölkələrin liderlərinin taleyindən dərs almalıdır. Bir daha vurğulayırıq ki, İslam Respublikası heç bir tərəfə müharibədə istifadə üçün heç bir hərbi texnika vermir, Ukraynaya görə də Rusiyaya PUA ixrac etməyib".
Telegram kanalımız