İrana 3 milyard ziyan dəydi

saytların hazırlanması

Evə çatdırılma

İrana 3 milyard ziyan dəydi

Dünya

14 Aprel 2019 21:45 861


İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir. pizza hut

İranlı nazir əlavə edib ki, əkin, bağ və heyvandarlıq sahələri daha çox ziyanla üzləşib: "Habelə arıçılıq, quşçuluq və balıqyetişdirmə müəssisələrinə də ciddi şəkildə ziyan dəyib".

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!