İranda 40 əcnəbi iğtişaş törətmədə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

İranda 40 əcnəbi iğtişaş törətmədə ittiham olunur

Dünya

22 Noyabr 2022 13:47 692


"Son iğtişaşlarla bağlı İranda 40 əcnəbi həbs edilib".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu ölkənin məhkəmə hakimiyyətinin (Ali Məhkəmə) sözçüsü Maqsud Setayeşi deyib.

Onun sözlərinə görə, həmin şəxslər aksiyalarda fəal şəkildə iştirak ediblər, buna görə də İran qanunlarına əsasən ittiham olunacaqlar. Pepperoni pizza

"Həbs edilmiş 2 fransız casus hələ də həbsdədir və onların cinayət işi yekunlaşmaq mərhələsindədir. Fransızlar ölkənin milli təhlükəsizliyinə qarşı hərəkət etmək niyyəti ilə sui-qəsd və sövdələşmədə təqsirləndirilib", - deyə sözçü vurğulayıb.

M. Setayeşi əlavə edib ki, iğtişaşlarla bağlı indiyədək 1118 nəfər haqqında ittiham aktı çıxarılıb. Ölkə üzrə məhkumluq və bəraət hökmlərinin statistikasına gəlincə, 2432 nəfərə hökm oxunub və ya bəraət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!