İranda daha 321 nəfər koronavirusdan öldü
15 Apr 2021 14:40
182

İranda daha 321 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 321 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 65 680 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 25 078 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 168 872 nəfərə çatıb. Virus daşıyıcılarından 4 601 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 749 041 nəfər koronavirusdan sağalıb, 14 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 467 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 365 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 102 min təşkil edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər