İranda Birinci vitse-prezidentin dəyişdirilməsi iddiası təkzib olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti "Twitter" hesabında məlumat yayıb.
"Bəzi KİV-lərin Birinci vitse-prezidentin dəyişdirilməsi ilə bağlı iddiası tamamilə yalandır və bununla bağlı adminisrasiyanın qərar yoxdur. Cənab Məhəmməd Moxbir hökumətdə ikiqat motivasiya və gecə-gündüz səylə işləyir", - deyə məlumatda qeyd olunur. pizza
Xatırladaq ki, İranın "Telegram" kanallarında Məhəmməd Moxbirin tezliklə istefaya göndəriləcəyi və onu Pərviz Fəttahın əvəz edəcəyi bildirilmişdi. Sonuncu hazırda "Bonyad Moztəzefan" Qurumunun rəhbəridir.
Onunla bərabər, kabinədə iqtisadi sektoru möhkəmlədəcək daha 2 yeni şəxsin təyinatı iddia olunurdu.
Telegram kanalımız