İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı

saytların hazırlanması

Evə çatdırılma

İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı

Dünya

15 Sentyabr 2026 20:51 110


İrana məxsus "Boeing 737" sərnişin təyyarəsi havada parçalanmağa başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Məlumata əsasən, insident "Sepehran" aviaşirkətinə məxsus təyyarə Məşhəddən Kirmanşaha uçarkən baş verib. Təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən birinin örtüyü qopub və kapitan mühərriklə bağlı fövqəladə vəziyyət elan edib. Bu zaman salonda güclü silkələnmə başlayıb, nəticədə rəflər sınıb, sərnişinlərin əşyaları isə onların üzərinə tökülüb. pizza hut

Pilot geriyə qayıtmaq qərarına gəlib. Təyyarə geriyə dönərək Məşhəd hava limanında qəza enişi edib, sərnişinlərdən xəsarət alan olmayıb.

Bu, son zamanlar Məşhəddə "Sepehran" təyyarəsi ilə bağlı baş verən ilk insident deyil. Avqustun sonlarında digər təyyarə eniş edərkən uçuş-eniş zolağından kənara çıxmışdı, həmin vaxt da xəsarət alan olmamışdı./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!