Tehran vilayətinin hərbi məhkəməsində Ukraynaya məxsus "737" təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə məhkəmə araşdırması davam etdirilir.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, hazırda məhkəmə iclasında 1 nəfər mühakimə olunur.
İş üzrə mərhumların ailə üzvləri və onların vəkilləri də ifadə verirlər. pizza
Təqsirləndirilən şəxs hadisə baş verən gecə vəzifələrini və sistemlə necə işləməli olduğunu izah edib və bununla bağlı izahat verib.
Qeyd edək ki, İran mediası ilk dəfə müqəssirin fotosunu dərc edib.
Telegram kanalımız