İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı
14 Yan 2020 09:56
311

İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı

İranda Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar bir neçə nəfər həbs edilib.

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumatı təsdiq etsə də, detalları açıqlamayıb.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb. Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu açıqlanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər