İranın Tehran İnqilab Məhkəməsi iranlı yazıçı və illüstrator Mehdi Bəhməni ölüm cəzasına məhkum edib.
Bu barədə RadioFarda məlumat yayıb. Mehdi Bəhmənin etiraz aksiyasında saxlandığı bildirilir və vurğulanır ki, yazıçı həbs olunmazdan əvvəl oktyabrın 11-də İsrailin Kanal-13 televiziyasına müsahibə verib. Amma xəbərlərdə Bəhmənə qarşı irəli sürülən ittihamların təfərrüatlarının açıqlanmadığı qeyd olunur.
Xəbərdə bildirilir ki, Mehdi Bəhmən İsrail televiziyasına müsahibəni, aprel ayında kitablarından birinin ivrit dilinə tərcümə olunması üçün israilli qadına müraciətindən sonra verib. Pepperoni pizza
O da bildirilir ki, Mehdi Bəhmən müsahibəsində İslam Respublikasını insanların həyatına şəriət qanunlarını tətbiq etdiyinə görə tənqid edib.
Həmçinin bildirilir ki, yazıçı müsahibəsində öz müşahidələrinə görə, İran xalqının İsrail və dünyadakı yəhudilərlə problemi olmadığını və iki ölkə arasında münasibətləri normallaşdırmaq istədiyini deyib.
Dini yaxınlıq tədqiqatçısı olan Mehdi Bəhmənin həm də Tövrat, Zəbur və İncil kitabları ilə bağlı illüstrasiyalar çəkdiyi bildirilir.
Telegram kanalımız