İranda yenidən etirazlar başladı: Tələbələr küçələrə çıxdılar

saytların hazırlanması

Evə çatdırılma

İranda yenidən etirazlar başladı: Tələbələr küçələrə çıxdılar

Dünya

21 Fevral 2026 20:44 526


İranın paytaxtı Tehranın Şərif Universitetində bir qrup tələbə etiraz aksiyası keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Dominos pizza

Kadrlarda aksiya iştirakçıları "Azadlıq, azadlıq, azadlıq!", "Molla kəfənə bürünməyincə, bu vətən vətən olmayacaq!", "Biz vuruşacağıq, biz öləcəyik, İranı geri alacağıq!" kimi şüarlar səsləndiriblər.

Qeyd edilir ki, etiraz aksiyası zamanı "Bəsic" yarımhərbi təşkilatının döyüşçüləri kampus ərazisinə daxil olublar və tələbələrə qarşı zorakılıq tətbiq ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!