25 Sentyabr - 05:09
“İrandakı aksiyaların məqsədi dünyəvi cəmiyyət qurmaqdır” - Fikrət Sadıxov

“İrandakı aksiyaların məqsədi dünyəvi cəmiyyət qurmaqdır” - Fikrət Sadıxov

Siyasət

23 Sentyabr 2022 14:25 397


İranda hicab qaydalarına əməl etmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini adlı qız vəfat edib. Baş vermiş hadisə cəmiyyətdə böyük aqressiya yaradıb. Belə ki, İranın bir çox şəhərlərində keçirilən etiraz aksiyaları iğtişaşlarla nəticələnib. 

İran hakimiyyəti sərt tədbirlərdən istifadə etməklə üsyançıları zərərsizləşdirib.

Etiraz aksiyaları yenidən alovlana bilərmi? Və ən əsas sual: Etirazçılar istədiklərinə nail oldularmı?

Siyasi şərhçi Fikrət Sadıxov mövzuya münasibət bildirib.

O, Yenisabah.az-a açıqlamasında deyib ki, iğtişaşların baş verməsi İranda ilk hadisə deyil:

“Gənc nəslin radikallara qarşı çıxışı müşahidə edilir. Məqsədləri dünyəvi cəmiyyət qurmaqdır.

Məhsə Əminin öldürülməsi faciəvi hadisədir. Ölümü ilə hakimiyyətə qarşı çıxışları gücləndirdi. Hakimiyyət hələlik güclüdür. Hökumət sərt tədbirlər vasitəsilə iğtişaşları yatıra bilir. Yaşananlardan belə nəticə çıxarmaq olar ki, hazırki hakimiyyət hələki yerində qalacaq və devrilməyəcək. Lakin iğtişaşlar rejimi zəiflədir. Bu hakimiyyətə ciddi xəbərdarlıq idi. Hazırki rejim sərt tədbirlərdən yox, yüngül tədbirlərdən istifadə etməlidir ki, cəmiyyətdə onlara qarşı antipatiya yaranmasın. Xalqın müəyyən bir kəsimi var ki, dünyəvi cəmiyyətdə yaşamaq istəyir”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!