İrandan PUA vasitəsilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

İrandan PUA vasitəsilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Hadisə

13 İyun 2026 17:24 155


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. pizza

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!