İranın erməni deputatı da “şirin quyruğu” barədə xəbərdarlıq etdi 

saytların hazırlanması

Evə çatdırılma

İranın erməni deputatı da “şirin quyruğu” barədə xəbərdarlıq etdi 

Rəsmi

20 Sentyabr 2021 14:19 2172


"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi 2 iranlı sürücünün Azərbaycan Respublikası tərəfindən saxlanılması və bölgədə tranzit təhlükəsizliyinin azaldılması əlaqədar sui-istifadəyə yol verilməməsi və şirin quyruqla oynamağın pis nəticə doğuracağına dair xəbərdar etməlidir".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Tehran və Şimali İran üzrə erməni icmasının nümayəndəsi Ara Şavardyan bildirib.

O bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bundan əvvəl 2 iranlı sürücünün Gorus-Qafan yolunda saxlanılması ilə əlaqədar Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib. 

O, Azərbaycan hökumətini İranlı sürücüləri dərhal azad etməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!