İranın keçmiş xarici işlər naziri prezident seçkisində iştirakdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

İranın keçmiş xarici işlər naziri prezident seçkisində iştirakdan imtina etdi

Siyasət

28 May 2024 20:57 580


İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra ölkədə keçirilən növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürməkdən imtina edib.

O, jurnalistlərin seçkidə iştirak etmək niyyətinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən, bu ehtimalları təkzib edib.

Xatırladaq ki, növbədənkənar prezident seçkisi üçün namizədlərin qeydiyyatı mayın 30-da başlanacaq. İştirakçıların siyahısı iyunun 11-də təqdim olunacaq. Dominos pizza

İyunun 28-də isə prezident seçkisi keçiriləcək.

İran konstitusiyasının 131-ci maddəsinə əsasən, yeni prezident seçkisi prezidentin vəfatı və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildikdən və səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsindən sonra 50 gün ərzində keçirilməlidir. Hazırda İranda dövlət başçısı vəzifəsini Məhəmməd Moxber icra edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!