İranın qurudan blokadası: sərhədləri bağlamaq və... -   Rəsmi Bakının möveyi necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İranın qurudan blokadası: sərhədləri bağlamaq və... - Rəsmi Bakının möveyi necə olacaq?

Dünya

31 İyul 2026 16:52 139


ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranın quru blokadası ideyasını araşdırırlar.

"Yeni Sabah" The Telegraph-a istinadla xəbər verir ki, bunu mənbələr bildirib.

Britaniya nəşri qeyd edir ki, ABŞ və İsrail liderləri Çərşənbə axşamı Oval Ofisdə keçirilən görüşdə bu variantı müzakirə ediblər. pizza

Bu ideyanı həyata keçirmək üçün ABŞ və İsrail İranın qonşularına sərhədlərini bağlamaq, İranın ixracını və idxalını dayandırmaq üçün təzyiq göstərməli olacaqlar. İran Azərbaycan, Ermənistan, Əfqanıstan, İraq, Pakistan, Türkmənistan və Türkiyə ilə həmsərhəddir.

Qəzet qeyd edir ki, hər iki ölkə quru blokadası ilə bağlı əməkdaşlıq etməyə razı olarsa, ticarətin azalması səbəbindən mənfi iqtisadi nəticələrə də məruz qala bilər. Bundan əlavə, İranın hücumlarına məruz qalma riski var.

"The Teleghraph" ABŞ və İsrailin bu plandan Tehranın diqqətini əsl niyyətlərindən yayındırmaq üçün aldadıcı bir taktika kimi istifadə edə biləcəyi ehtimalını istisna etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!