İranın Rusiyadan üz döndərə biləcəyinə dair heç bir siqnal yoxdur.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
O bildirib: "Rusiya və İranın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətindən danışsaq, bu qarşılıqlı fəaliyyət yaxşı səviyyədədir. Keçən ilin sonunda orada idim. Böyük, məzmunlu görüşlər keçirild və bu digər məsələlərlə yanaşı, məzmunlu qarşılıqlı fəaliyyətlə nəticələndi. Müavinim İranda ezamiyyətdə olub, yaxşı iş görülüb”. Pepperoni pizza
"Bizdə İranın Rusiyadan üz döndərməyi planlaşdırdığına dair heç bir siqnal yoxdur, hər şey tam əksinədir”, - deyə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Tehranın Qərb dövlətlərinin təzyiqi altında Moskvadan üz döndərərəcəyinə dair iddiaları şərh edib.
Bundan əvvəl, o cümlədən Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisi ilə söhbəti zamanı onu Ukrayna münaqişəsində Moskvaya dəstəyi dərhal dayandırmağa çağırıb.
Telegram kanalımız