İranın yeni xarici işlər naziri İsraili hədələdi

saytların hazırlanması

Evə çatdırılma

İranın yeni xarici işlər naziri İsraili hədələdi

Dünya

26 Avqust 2024 14:49 364


İran mütləq İsrailə cavab verəcək. 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X sosial şəbəkəsində yazıb. 

"İran İsrailin Tehrandakı terror hərəkətlərinə mütləq cavab verəcək, bu cavab ölçülüb-biçilmiş olacaq və yaxşı hesablanacaq", - XİN rəhbəri vurğulayıb.  pizza hut

İranlı nazir əlavə edib ki, Tehran regionda vəziyyəti gərginləşdirməyə çalışmır. 

Xatırladaq ki, iyulun sonunda Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniya Tehranda öldürülüb. O, ölkənin yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İranın paytaxtına gəlmişdi. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. 

İsrail rəsmiləri Haniyanın qətli ilə bağlı açıqlama verməyəcəklərini bildiriblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud HƏMAS-ın siyasi büro rəhbərinin ölümü ilə ABŞ-ın heç bir əlaqəsinin olmadığını açıqlayıb. 

İyulun 31-də axşam Amerikanın “New York Times” qəzeti öz mənbələrinə istinadən iddia edib ki, İranın ali lideri Əli Xamenei Haniyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Tehran beynəlxalq hüquqa riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək hüququnu özündə saxlayır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!