İranlı general: Bəzi qonşu dövlətlər məsuliyyətsiz davranır

saytların hazırlanması

Evə çatdırılma

İranlı general: Bəzi qonşu dövlətlər məsuliyyətsiz davranır

Dünya

11 İyul 2023 16:29 916


Təəssüf ki, bəzi qonşu dövlətlər sərhəddə öz məsuliyyətlərini düzgün dərk etmirlər.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

O bildirib: “Bu gün əksər ölkələrlə əlaqələrimiz var. Qonşu dövlətlərlə bir çox memorandum və müqavilələr imzalanıb. Bu sənədlər təhlükəsizliyə, sülhə və dostluğa xidmət edəcək. Həmin razılaşmaların əsası regionun təhlükəsizliyini qorumaq və xaricilərin iştirakına yol verməməkdir". pizza mizza

M. Baqiri vurğulayıb: "Təəssüf ki, bəzi qonşu dövlətlər sərhəddə öz məsuliyyətlərini düzgün dərk etmirlər. Əgər İraq hökuməti ölkənin şimalındakı terror qruplaşmaları ilə bağlı öhdəliklərini yerinə yetirməsə və onlar silahlı qalsalar, bu qruplara qarşı əməliyyatları daha intensiv şəkildə təkrar edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!