"İran tərəfi İsfahanda Müdafiə Nazirliyinin obyektinə hücumu cavabsız qoymayacaq".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini bildirib.
Meşkini İranın ukraynalı rəsmi Podolyakın bəyanatına sərt təpki verib. Onun sözlərinə görə, Ukrayna indi Tehrandan hansı cavabı alacağını bildiyi üçün İrana qarşı daha açıq bəyanatlar səsləndirmir. pizza mizza
“Onlar çox qorxurlar. Çünki biz heç kimlə zarafat etmirik. Bizcə, gözlənilməz heç nə demədilər. Ukrayna hökumətinin belə mövqe tutması bizim üçün təəccüblü deyil, çünki o, sadəcə olaraq, Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutmalıdır”, - deyə İran rəsmisi vurğulayıb.
Telegram kanalımız