Həbsdə olan iranlı rejissor Cəfər Pənahi Evin həbsxanasında aclıq aksiyasına başlayıb.
Yenisabah.az "The Hollywood Reporter"ə istinadla xəbər verir ki, o elan edib:
“Cansız bədənim həbsdən çıxana qədər bu vəziyyətdə qalacağam”. pizza hut
C. Pənahi hakimiyyət əleyhinə təbliğat apardığına görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə qərarı 2022-ci ilin iyulunda çıxarılıb.
Telegram kanalımız