İraq Yekaterinburq - Şarm əl-Şeyx marşrutu ilə uçan "Rossiya" aviaşirkətinin təyyarəsini hava məkanına buraxmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə RBK-ya aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, heç bir səbəb göstərilməyib. Təyyarə 4 saatlıq gecikmə ilə Şarm əl-Şeyxə çata bilib. Pepperoni pizza
“Boeing 737 təyyarəsi ilə Yekaterinburqdan Şarm əl-Şeyxə FV5569 reysini yerinə yetirən və bütün uçuş icazələrinə malik təyyarə izahat verilmədən İraqın hava məkanına buraxılmayıb”, - “Rossiya” şirkətindən bildirib.
Məlumata görə, Rusiya təyyarəsi İranın hava məkanında bir neçə dövrə vuraraq Soçidəki alternativ aerodroma eniş edib. Moskva vaxtı ilə saat 23:43-də təyyarə yenidən Şarm əl-Şeyxə doğru havalanıb. Uçuş gecikmə ilə yerinə yetirilib.
Telegram kanalımız