İraq və Türkiyədən silah qaçaqmalçılığı artıb - Deputat

saytların hazırlanması

Evə çatdırılma

İraq və Türkiyədən silah qaçaqmalçılığı artıb - Deputat

Dünya

15 Yanvar 2023 10:15 663


"Son 3 ayda silah qaçaqmalçılığının həcmi əvvəlki 2 illik həcmə bərabərdir".

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Şəhriyar Heydəri bildirib.

O deyib: "Ölkənin sərhədyanı şəhərlərində iqtisadi problemlərə görə silah qaçaqmalçılığı həmişə olub, lakin son iğtişaşlar zamanı sərhədyanı ərazidən ölkəyə silah qaçaqmalçılığının həcmi xeyli artıb, Statistik məlumatlar da bunu göstərir. Son 3 ayda aşkarlanan qaçaqmal silah-sursatın həcmi əvvəlki 2 ildəki həcmə bərabərdir". Pepperoni pizza

Ş. Heydərinin sözlərinə görə, İranın şimal-qərb sərhədi silah qaçaqmalçılığının geniş yayıldığı əsas bölgədir. İraq və Türkiyə ərazisindən ölkəyə əsasən tapança gətirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!