Ermənistan hökuməti müdafiə xərclərini təxminən 16% azaldıb.
Yenisabah.az xəbər verir ki, 2026-cı il dövlət büdcəsində bu xərclər 560 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edəcək.
Silahlı qüvvələrin strateji yerləşdirilməsinin təmin edilməsi və dövlət sərhədlərinin xarici düşmənlərdən qorunması üçün döyüş hazırlığının saxlanmasına 560 milyard 98 milyon dram (təxminən 1,46 milyard dollar) sərf ediləcək. Dördpendirli pizza
2025-ci ildə Ermənistan hərbi xərclərini 20% artıraraq 664 milyard dram (1,73 milyard dollar) təşkil edib.
Avqustun 21-də Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə müdafiə xərclərində ciddi artım olmayacağını bəyan edib: "2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərində ciddi artım olmayacaq, əgər varsa. Bu, məntiqlidir. Təbii ki, biz vəziyyəti operativ təhlil etməyə davam edəcəyik".
Avqustun 8-də Ermənistan və Azərbaycan liderləri ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıb.
Telegram kanalımız