İrəvan Moskvanın narahatlığına diqqət yetirib - Arşakyan

İrəvan Moskvanın narahatlığına diqqət yetirib - Arşakyan

Bölgə Veb saytların hazırlanması

02 Aprel 2023 13:12 985


Ermənistanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) daxil olması Rusiya ilə münasibətlərə xələl gətirmir.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu parlamentin vitse-spikeri Akop Arşakyan deyib.

O vurğulayıb ki, Moskvanın İrəvandakı qorxuları “eşidilib”.

Arşakyan gözləyir ki, Ermənistan və Rusiya Roma Statutunun ratifikasiyasının iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyinə dair hansısa saziş imzalayacaqlar.

Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə konstitusiyasına uyğunluğu ilə bağlı hökm çıxarıb. Bu, ratifikasiya yolunda ilk addımdır. 

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana “Roma Əsasnaməsinin ratifikasiyasının son dərəcə mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib. Bu, ilk növbədə, BCM-nin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!