Ermənistan Rusiyadakı tərəfdaşlarından Azərbaycanın və Türkiyənin sərhədlərinə aparan dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi barədə qərar qəbul etmələrini xahiş edib.
"Yeni Sabah" armenpess-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, bu məsələ dövlət və hökumət başçıları səviyyəsində Rusiya tərəfi ilə aparılan danışıqlar zamanı müzakirə olunub: pizza sifarişi
“Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etmişəm, həmçinin, Ermənistan Baş nazirinin müavini özünün rusiyalı həmkarı ilə danışmaq imkanı əldə edib. Biz Rusiya tərəfdaşlarımızdan reaksiya gözləyirik”.
Telegram kanalımız