İrəvanda etirazçılar Rusiya səfirliyinə yürüş etdi
29 Noy 2020 17:16
3292

İrəvanda etirazçılar Rusiya səfirliyinə yürüş etdi

Ermənistanın paytaxtı İrəvanda ölkə ziyalılarının iştirakilə etiraz aksiyası keçirilir.

Yenisabah.az xəbər verir ki, etirazçılar Azadlıq meydanından Rusiya səfirliyinə doğru yürüş ediblər. Onlar Rusiya hökumətindən əsir və itkin düşmüş hərbçilərin geri qaytarılması üçün kömək istəyiblər.

Qeyd edək ki, bir neçə gündür İrəvanda itkin düşən və əsir götürülən hərbçilərin ailələri hökumət əleyhinə etiraz aksiyaları keçirir. Aksiyaya müxalifət nümayəndələri ilə yanaşı ölkənin tanınmış şəxsləri və ziyalılar da qoşulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər