İrəvan separatçılara dair mövqeyini açıqladı: “Onlar cinayətkardır, cəzalarını çəkməlidirlər!”  

İrəvan separatçılara dair mövqeyini açıqladı: “Onlar cinayətkardır, cəzalarını çəkməlidirlər!”  

Maraqlı Veb saytların hazırlanması

04 Dekabr 2023 09:31 858


Ermənistan hakimiyyəti Azərbaycanın həbs etdiyi Ruben Vardanyan da daxil olmaqla, qondarma “Artsax”ın keçmiş “liderləri”nə görə məsuliyyət daşımır.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib.

“Hakimiyyət “Dağlıq Qarabağın keçmiş liderləri”nin taleyi üçün heç nə etmir, Azərbaycan qarşısında heç bir tələb irəli sürmür”, - Zurabyan deyib.

O, Nikol Paşinyan hakimiyyətini qondarma “Artsax”ın keçmiş “liderləri”nə yönəlik davranışına görə sərt tənqid edib, bunu əxlaqsızlıq adlandırıb. 

Qeyd edək ki, müxalifyönlü erməni KİV-ləri bu məsələ ilə bağlı sensasiya sayılacaq iddia ilə çıxış ediblər. Ermənistanın tənqidçi mətbuatının ididasına görə, İrəvan separatçılar üzündən Bakı ilə münasibətləri yenidən gərginləşdirmək istəmir. İrəvandakı mənbələrin ididasına görə, hakimiyyət "mətbəx"indən tez-tez bu məzmunda mesajlar ötürülür: "Onlar cinayətkardır, cəzalarını çəkməlidirlər!" 

Paşinyan iqtidarına yaxın adamların Bakıda saxlanılan separatçı liderlərin ailə üzvlərinə bir dəfə belə baş çəkməməsi bu iddianın doğruluğuna dair ehtimalları bir qədər də gücləndirir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!