İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə sevgilidir - Foto

saytların hazırlanması

Evə çatdırılma

İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə sevgilidir - Foto

Şou

28 İyul 2026 18:57 101


Dünyaca məşhur model İrina Şeykin şəxsi həyatı ilə bağlı yeni iddia yayılıb.

''Yeni Sabah'' xəbər verir ki, rusiyalı modelin NBA ulduzu Devin Bukerlə görüşdüyü iddia olunub. Məlumata görə, 40 yaşlı supermodel və basketbolçu ABŞ-ın Nyu-York ştatında yerləşən Şərqi Hempton bölgəsindəki restoranda birlikdə şam edib. Bildirilib ki, İrina və Devin masa arxasında səmimi söhbət ediblər. Model paparassilərdən yayınmaq üçün restorandan ayrı çıxıb.

İddialara görə, İrina Şeyk basketbolçudan 11 yaş böyükdür. Devin Buker daha əvvəl model Kayli Cennerlə münasibətdə olub. Dördpendirli pizza

Qeyd edək ki, İrina Şeykin Hollivud aktyoru Bredli Kuperlə münasibətindən Leyya adlı qızı var. Model daha əvvəl futbolçu Kriştiano Ronaldo ilə də sevgili olub. Cütlük 2010-2015-ci illərdə münasibət yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!