İrlandiyanın Baş naziri Mişol Martin Kiyevə gəlib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Yenisabah.az RTE-yə istinadla xəbər verir ki, Martin Ukraynaya ilk səfəri zamanı Kiyev vilayətinin Borodyanka şəhərində, Qostomeldəki “Antonov” aviasiya şirkətinin aerodromunda, habelə ilk həftələrində döyüşlərin getdiyi Buçada olub.
İrlandiya hakimiyyəti Ukraynaya humanitar yardım üçün ümumilikdə təxminən 25 milyon avro ayırıb.
Fevralın sonundan bəri Ukraynadan İrlandiyaya 36 mindən çox qaçqın gəlib.
Telegram kanalımız