İsgəndər Həmidov Şəkidə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İsgəndər Həmidov Şəkidə saxlanıldı

Siyasət

30 Yanvar 2019 18:23 2058


Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Şəkidə saxlanıldığı xəbəri yayılıb.

Bununla bağlı “Yeni Sabah” İ.Həmidovla əlaqə yaradıb. O bildirib ki, Şəkiyə hüzr yerinə gedərkən polis bölməsinə aparılıb:

“Qulağımızdan tutub polis bölməsinə apardılar. Məni Bakıdan Şəkiyə polis bölməsinə çağırmayıblar ki? Qabağımı kəsib bölməyə aparıblar. Bizi çox “gözəl” qarşıladılar- “gül-çiçəklə, çələnglə”. “Xoş gəlib, səfa gətirmisən” dedilər. Bakıya qayıtmağımızı istədilər.  pizza hut

Geri qayıdanda bizi rəisin yanına da çağırdılar və Şəkiyə hüzr yerinə getməyimizə icazə verdiklərini bildirdilər. Hansı yoldan gedəcəyimizi soruşdular , mən də islah olunmuş Azərbaycan vətəndaşı kimi  Şəkidən İsmayıllıya, daha sonra Bakıya qayıdacağımızı dedim. Rəisə söz verdim ki, gələn dəfə Şəkiyə gedəndə Amerika səfirliyindən viza alacam”.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!