Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İslam düşməni Ermənistanla savaşda bizə İslam Respublikası İran yox,  İsrail arxa durdu...”
25 Sen 2021 23:56
1265

“İslam düşməni Ermənistanla savaşda bizə İslam Respublikası İran yox, İsrail arxa durdu...”

“Əvvəla, İsrail xalqının, yəhudilərin də Azərbaycan xalqıyla tarixi kök bağlılığı var. Bu tarix qədim Xəzər xaqanlığı dövrünə, bəlkə də ondan əvvələ gedib çıxır. İsrail son onilliklərdə də dünyanın hər yerində Azərbaycan üçün lobbiçilik edib, Qarabağın işğalı illərində Azərbaycan xalqına  kömək edib, yardım edib, dəstək durub. İndi deyirlər, biz torpaqlarımızı işğal edən Ermənistana hərtərəfli dəstək verən İrana görə İsrailin yardımından imtina edək”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri İranın hakim dairələrinin Azərbaycanı İsraillə əlaqələr qurmasına görə qınaması mövzusundan bəhs edən istiqlalçı deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli ifadə edib.

“Heç kimə sirr deyil ki, İslam düşməni, müsəlman məscidlərində donuz saxlayan Ermənistana qalib gəlməyimiz üçün Azərbaycana İslam Respublikası adlanan İran yox,  İsrail  kömək etdi...  İsrail yüksək texnologiyalara malikdir, yəhudi lobbisi dünyadakı prosesləri yönləndirən əsas qüvvələrdən  biridir. Azərbaycanın nəinki 44 günlük savaşda qalib gəlməyində, ümumiyyətlə, müstəqilliyinin bərpasından bəri keçən 30 il ərzində iqtisadi-siyasi baxımdan inkişaf etməsində də İsrailin böyük rolu olub.  1994-cü ildə “Əsrin müqaviləsinin” bağlanmasında, transmilli korporasiyaların Azərbaycana sərmayə yatırmasında, bir sıra dünya dövlətlərinin Azərbaycan haqqında müsbət qərarlar qəbul etməsində, o cümlədən Xocalı soyqırımının tanınmasında və s. işlərdə  də yəhudi lobbisi bizə dəstək verib”- açıqlamasının davamında bunları söyləyən partiya sədri ABŞ-da da yəhudilərin Azərbaycan sevgisinin şahidi olduğunu bildirib.

“Mən hələ 1990-cı illərin əvvəlində ABŞ-da olanda yəhudilərin Azərbaycan, Bakı sevgisinə məəttəl qaldım. Orada “Azərbaycan”, “Bakı” adlarında restoranlar, böyük marketlər açıblar. O cümlədən Milli Demokratiya İnstititutunda çalışan vaxtilə Azərbaycanda yaşamış yəhudilərlə təmaslarımda onların böyük Azərbaycan sevgisinin şahidi oldum. Azərbaycanı öz vətənləri bilirlər, Azərbaycan türkcəsində təmiz danışırlar. Bu dövlətlərarası münasibətlərdə də belədir... 

Vaxt vardı, məsələn şah dövründə, İranın özünün də İsraillə çox gözəl münasibətləri var idi. Onda sual edirik ki, niyə İranın vaxtilə yəhudilərlə yaxşı münasibətləri olub. Bu, nə deməkdir? Əksinə, regionda sülh lazımdır, mehribanlıq lazımdır.  Ona görə də hazırkı şəraitdə Azərbaycan İsrailə yalnız təşəkkür edə bilər. Eyni zamanda onu da nəzərə almaq gərəkdir ki, görün, Azərbaycan İrana nə qədər güzəştə gedir və hörmət qoyur ki, açığını deyək, onun xətrinə hələ İsraildə səfirliyini açmayıb. Bütün bunları qiymətləndirməmək də doğru deyil axı”- deyə Tahir Kərimli vurğulayıb./Moderator.az

  • Ələsgər Ələsgərov
    Ələsgər Ələsgərov
    İran, Ali Baş komandanimiz demişkən İslam dövləti ola bilməz. Ora şeytan yuvasidir, həmin şeytanların bir neçə nümayəndəsi bizdədir
    30 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər