İsmayıllıda 3 nəfərin öldüyü qəza ilə bağlı   RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda 3 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Hadisə

19 İyul 2026 14:23 200


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN-dən bildiriblər.

Məlumatla əlaqədar olaraq dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar. Toyuqlu pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə qəzanın baş verdiyi və motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə üç nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!